Cənnətin qılıncları

Blanş, L. Cənnətin qılıncları / Lesli Blanş; tərc. ed. A. Mahmudov. - Bakı: Teas Press, 2016. - 567 s. : il.

Əsər Qafqaz motivləri üzərində qurulmuş tarixi romandır. Müəllif bölgənin Rusiya tərəfindən işğal edilməsi kampaniyasını bu proseslə bağlı olayların o dövrün siyasi çəkişmələrinin kontekstində, ictima-siyasi və mədəni prosesləri təsvir və müqayisə etməklə yanaşı "Mürid müharibələri" dövrünün məşhur fiqurlarının portretini də yaradıb. Müəllif əsərdə Şərq, rus və Avropa ədəbiyyatından, müxtəlif səyahətnamələrdən, o dövrün canlı şahidlərinin xatirələrindən, əsas iştirakçılarının nəvə-nəticələrinin söhbətlərindən romanı daha maraqlı və oxunaqlı edəcək xeyli sitat gətirib.