Ç. Freyd üçün etüd

Abdullayev, Ç. Freyd üçün etüd: roman / Çingiz Abdullayev; rus dil. tərc. ed. Ə. Qiyas. - Bakı: TEAS Press, 2018. - 256 s. : il., rəngli foto.

Bu romanda hadisələr Moskvada cərəyan edir. Zəngin bir iş adamının evindəki bahalı əşyalar yoxa çıxmağa başlayanda buna əvvəlcə adi oğurluq hadisəsi kimi baxırlar. Bununla əslində yerli sahə müvəkkili məşğul olmalıdır, intellektual özəl detektiv yox. Dronqo adətən belə işləri araşdırmır. Lakin az sonra biznesmenin meyiti öz evində tapılır, bununla da vəziyyət dəyişir. Müşahidə kameraları qətl baş verən gün evdən ağ plaşlı bir qadının çıxdığını qeydə alır, bu plaş isə mərhumun arvadına məxsusdur. Üstəlik, xəfiyyə daha bir neçə qadının hərəkətlərindən şübhələnir. Dronqo gözəl qadınlara biganə olmayan mərhum biznesmenin keçmişini və mürəkkəb ailə həyatının incəliklərini öyrənməyi qərara alır. Elə bu zaman ikinci dəhşətli qətl hadisəsi baş verir...