Ç. Folun bir addımlığında

Abdullayev, Ç. Folun bir addımlığında: roman / Çingiz Abdullayev; rus dil. tərc. ed. K. Haqverdiyeva; diz. S. Ələkbərova; il. R. Həsənzadə. - Bakı: TEAS Press, 2017. - 264 s. : il., rəngli foto.

Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin “Folun bir addımlığında” adlı romanında hadisələr Türkiyədə cərəyan edir. Sankt-Peterburqun “Dinamo” futbol klubu Türkiyədə bir həftəlik təlim-məşq toplanışı keçirir. Futbolçuların qaldığı hotelin barında komandanın baş məşqçisi təsadüfən uzaq tanışı, cinayət məsələləri üzrə məşhur ekspert Dronqo ilə rastlaşır. Fürsəti fövtə verməyən baş məşqçi xəfiyyədən kömək istəyir. Sən demə, hər oyun öncəsi qapıçı Yepifantsev özünü pis hiss edirmiş. Sonuncu dəfə isə onun stəkanında çox güclü təsirə malik dərmanın qalıqlarını aşkarlayırlar. Deyəsən, qapıçını zəhərləməyə çalışmışdılar...