Bu həmin Elçindir

Bu həmin Elçindir : Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, müstəqil kütləvi kitabxanalar üçün metodiki vəsait / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt.ed. B. Ələsgərov ; elmi red. K. M. Tahirov. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2023. - 112 s.

Elçin böyük bir ədəbiyyat yaradıcısı - yazıçı, ədəbiyyatşünas metodoloq olmaqla yanaşı, ədəbiyyatın, xüsusuilə milli ədəbiyyatının böyük təəssübkeşidir. Elçinin ədəbiyyat yaradıcısı kimi nə qədər böyük uğur qazandığını sübut edən ən azı üç texniki göstərici var: bunlardan birincisi, nəşr olunan kitablarının tirajı, tamaşaya qoyulan əsərlərinin sayıdır; ikincisi, onun bədii istedadı haqqında yazılan ədəbi-tənqidi, elmi yazılar, deyilən fikirlərdir; üçüncüsü isə, əsərlərinin dünya dillərinə tərcüməsi, dünyada doğurduğu rezonansdır...Elçinin qələmə aldığı hər bir obrazın dolğun, cəzbedici alınması üçün əxlaqi-mənəvi keyfiyyətlərini, düçüncələrini, psixologiyasını son dərəcə spesifik, mənalı lövhə və detallarla açmağı bacarır və onun yaradıcılığını şərtləndirən bu cəhətlər həmişə ədəbi tənqidin diqqət mərkəzində olmuş, yüksək qiymətləndirilmişdir.