Bir millət iki şəxsiyyət

Hüseynov, Ceyhun. Bir millət iki şəxsiyyət / C. Hüseynov ; naşir E. Məmmədov ; elmi red. İ. Cəfərov ; rəy. A. Mirzəzadə ; tex. red. M. Əsgərova ; dizayn. Ə. Zaliyev ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. - Bakı : Aspoliqraf, 2022. - 360 s.

Oxuculara təqdim olunan bu kitabda "liderlik" anlayışının mahiyyəti ilə bağlı ümumiləşdirmələr aparılır, şəxsiyyətin və milli liderin tarixdəki rolu aydınlaşdırılır, Heydər Əliyevi və Mustafa Kamal Atatürkü birləşdirən ortaq cəhətlər təhlil edilir, onların bu və ya digər məsələ ilə bağlı mövqeyinin şərhi verilir, bu gün də gerçək ictimai-siyasi proseslərdə təcəssüm olunan və qəlblərdə rəmzləşən müdrik fikirlərinə və ideyalarına bir daha nəzər salınır.