Bir ildən yüz ilə

Əhməd, D. Bir ildən yüz ilə: Yeni fotolar və sənədlər: [Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümünə ithaf edirəm] /Dilqəm Əhməd; elmi red. Ə. Tahirzadə. - Bakı: Teas Press, 2018. - 228 s. : foto, şək., rəngli foto. 

Kitabda Azərbaycan Cümhuriyyəti və Azərbaycan siyasi mühacirəti ilə bağlı ilk dəfə üzə çıxarılan materiallar toplanıb. Bu materiallar müəllifin Türkiyənin İstanbul, Ankara, İzmir şəhərlərindəki kitabxanalarda, arxivlərdə çalışması nəticəsində əldə edilib, bəziləri isə ayrı-ayrı kolleksionerlərdən satın alınıb. Burada oxucular Azərbaycan Cümhuriyyətinin hökumət və parlament üzvlərinin, eləcə də bolşevik işğalı nəticəsində qürbətdə yaşamağa məcbur olan digər ictimai-siyasi xadimlərin mühacirət həyatı ilə bağlı yeni məlumatlarla tanış olacaqlar.