Basqalın Miryavər abidəsi

 Əjdəroğlu, Daşdəmir. Basqalın Miryavər abidəsi / D. Əjdəroğlu ; məsl.: H. İ. Hüseynzadə [et al.] ; red. P. Mikayılqızı ; rəy. K. Ə. Tağıyev ; bədii red. A. Məmmədova. - Bakı : Elm və Təhsil, 2022. - 568 s. 

Azərbaycan təhsilinin inkişafında böyük xidmətləri olmuş istedadlı pedaqoq, ziyalı, "Tərəqqi" medallı, ömrünün 62 ilini R.Novruzov adına Basqal qəsəbə orta məktəbində keçirmiş Miryavər Hüseyinovun əziz xatirəsindən bəhs edən bu kitabda qiymətli dostlarının, əzizlərinin, yaxınlarının, müxtəlif sahələrdə çalışan dəyərli insanların, yetirmələrinin onun elmi, əmək fəaliyyəti, insanlığı, yüksək mənəvi keyfiyyətləri barədə maraqlı fikir və düşüncələri, bu işıqlı insan ilə bağlı xatirələri toplanıb. Kitabda həmçinin bir görkəmli tədqiqatçı kimi M. Hüseyinovun etnoqrafiya elminə verdiyi əvəzsiz töhfələrini, Basqal qəsəbəsinin ictimai-siyasi həyatında göstərdiyi xüsusi fəallığını, elmi-pedaqoji fəaliyyətini, xeyirxahlıq və nəciblik kimi xüsusi məqamları dolğun əks etdirən xatirələr oxuculara təqdim edilir.