Azərbaycan 100 mahnıda

Azərbaycan 100 mahnıda / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ; lay.rəhb. A. Z. Səmədzadə ; red.: E. Abdullayeva, M. Babayeva ; səs və fortep. işl.: F. Məmmədli [et al.] ; tex. red. R. Qasımov ; dizayn. A. Duxanina ; montaj L. Zeynalova. - Bakı : Letterpress, 2019. - 524 s.

"Azərbaycan 100 mahnıda" klaviri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur. Klavirdə Azərbaycan bəstəkarlarının 100 il ərzində bəstələdiyi 100 mahnını cəmləşdirən "Azərbaycan 100 mahnıda" kitabı təqdim edilmişdir. Toplu dahi Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə Dövlət Himni ilə açılır və 100 il ərzində yazılan, tanınan və sevilən mahnılardan bir çoxunu əhatə edir. Burada Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Elza İbrahimova, Ramiz Mirişli, Ələkbər Tağıyev, Səid Rüstəmov, Süleyman Ələsgərov, Oqtay Rəcəbov, Müslüm Maqomayev, Aygün Səmədzadə, Cavanşir Quliyev kimi bəstəkarların mahnıları öz əksini tapır.