Amok

Sveyq, Stefan. Amok / S. Sveyq ; red. E. Astanbəyli ; tərc ed. V. Hacıyev ; dizayn. L. Məmməd. - Bakı : Altun Kitab, 2023. - 80 s.

"Okean" adlı yük gəmisinin sərnişini gecənin bir vaxtı göyərtədə hamıdan gizlənən bir nəfərlə tanış olur. İxtisasca həkim olan həmin adam ürək qızdırdığı sərnişinə özünün əzab dolu qeyri-adi hekayətini danışır. Bu elə bir hekayətdir ki, onu təsirlənmədən həyəcansız oxumaq mümkün deyil. Görkəmli alman yazıçısı Stefan Svayqın əsərlərini oxuculara sevdirən müəllifin insan təbiətinə dərindən bələdliyi və onu böyük ustalıqla təsvir etmək bacarığıdır. Məhz "Amok" novellası da bu mənada istisna deyil.