Abaddon : İntellektual psixoloji detektiv

Abdullaoğlu, Rövşən. Abaddon : İntellektual psixoloji detektiv / R. Abdullaoğlu ; burax.məsul Ş. İxtiyaroğlu ; baş red. S. Məmmədova ; red. K. Hacıyeva. - 8-ci nəşr. - Bakı : Qədim Qala, 2023. - 384 s.

 O, qatil, oğru, təcavüzkar və bir çox cinayətlərin səbəbkarıdır. Eyni zamanda, gözəl insan, yaxşı dost, qanunsevər vətəndaşdır. Qətiyyən göründüyü kimi deyil. Daha da dəhşətlisi, qətiyyən özünün sandığı kimi də deyil. O, sadəcə olaraq, Abaddondur. Bu detektiv əsər möhtəşəm nəsr nümunəsidir. "Abaddon" psixoloji trillerdən daha artığıdır- burada mədəni önyarğılar, psixi sağlamlıq, hakimiyyət uğrunda mübarizənin təbiəti, təhrif olunmuş əxlaqi cizgilər, incəsənət, mifologiya, elm və bir çox başqa sahələrə də toxunulur. Bu qeyri-adi hekayəni, həqiqətən, oxumağa dəyər. Abaddon daim yenilikçi və sərrast söz ustasından növbəti təsirli yaradıcılıq nümunəsidir.