Ədəbi maarifçiliyin görkəmli nümayəndəsi Süleyman Sani Axundov - 150

Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. Onun əsərləri bu gün də böyük maraqla oxunur. Azərbaycan dramaturqu, maarif xadimi, nasir S.S.Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdur. Uşaq yaşlarından atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyümüşdür. 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rustatar məktəbində müəllim işləmiş, 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışmışdır.