Mir Cəlal.Ədəbiyyatda romantizm: Ədəbi-tənqidi qeydlər = Романтизм в литературе = Romantizm in literature / Mir Cəlal ; tərt. ed. K. Tahirov ; ön söz K. Tahirov ; elmi red. N. Cəfərov ; məsl. N. Cəfərov ; tərc. ed.: S. Osmanlı, İ. Abdullayeva ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Mİlli Kitabxanası. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2022. - 144 s.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin 1928-ci ildə qələmə aldığı ilk ədəbi-tənqidi təcrübəsi olan "ədəbiyyatda romantizm" əsəri öz dərin məzmun əhəmiyyətinə görə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatşünaslığında bir "ədəbiyyat hadisəsi" kimi qiymətləndirilə bilərdi. Lakin bu əsərin Azərbaycan arxivlərindən və kitabxanalarından "səssizcə yoxa çıxarılması" nəticəsində bu qiymətli ədəbi-tənqidi əsər bir əsr ərzində elmi ədəbi dövriyyədən kənarda qalmışdır. "Milli Kitabxananın qızıl fondundan " seriyasından tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim olunan Mir Cəlal Paşayevin "Ədəbiyyatda romantizm" əsərinin məhz bu səbəbdən dörd dildə - Azərbaycan, rus, ingilis dillərində ilk dəfə kitab halında çap olunmasını zəruri hesab etdik.