Canlı əhvalatlar : İnsan qəlbini oxşayan qısa əhvalatlar

Kenfild, Cek. Canlı əhvalatlar : İnsan qəlbini oxşayan qısa əhvalatlar. Seçmə hekayələr / C. Kenfild, M. V. Hansen ; tərc. ed. A. Ə. Kazımova [et al.]. - Bakı : Kitab klubu , 2019. - 336 s.

Bu kitabı birnəfəsə, bir oturuma da oxuyub başa çıxmaq olar, amma onu ləzzət ala-ala, tələsmədən çeynəyib udmaq da mümkündür. Çalışın ki, onu birdəfəyə, biruduma udmayasanız. Çünki burda nəql olunan hər bir əhvalatın arxasında insan taleyi durur. Deməli, hər əhvəlat - bir kəşfdir! Kitabda toplanmış əhvalatlar ürəkdən-ürəyə yol tapır, adamın qəlbini isidir, çətin məqamlarda insana həyan olur, ona güc verir. Və həm də, ola bilsin, bu əhvalatların sayəsində siz öz həyatınıza yeni gözlə baxacaqsınız.