Təbiət və gözəllik şairi Hüseyn Arif – 100

Azərbaycanın Xalq şairi, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, lətifələriylə el arasında məşhur olan Hüseyn Arif şeirləriylə qəlbləri fəth etmiş bir ədibdir. Dövrünün dəmir qayda və qanunlarına baxmayaraq azad ruhlu, təbiət vurğunu olan Hüseyn Arifi Sovet imperiyası öz təsiri altına sala bilməmişdir. O, iştirak etdiyi məclislərdə, tədbirlərdə, getdiyi rayonlarda maraqlı və gülüş doğuran əhvalatlarla, duzlu, məzəli söhbətləri ilə məhşur olmuşdur. Şairin hələ sağlığında ikən lətifələri dildən-dilə dolaşmış, üzlərə gülüş payı bəxş etmişdir.