Poeziyamızın Sərbəst və Müasir Ruhu: RƏSUL RZA - 115

Azərbaycan ədəbiyyatının görkəmli şairi, dramaturqu Rəsul Rza öz dəsti xətti ilə Azərbaycan poeziyasına yeni nəfəs gətirmişdir. Onun yaradıcılığı tanınmış ədəbiyyatşünasların, tənqidçilərin maraq dairəsinə çevrilmiş, tədqiqatçı alimlər tərəfindən araşdırılaraq geniş şəkildə təhlil edilmişdir. Xalq şairi Rəsul Rza böyük istedadı, zəngin və hərtərəfli bədii təfəkkürü ilə ölümsüz əsərlər yaratmış ustad sənətkardır.