Mir Mövsüm Nəvvab

Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvab 1833-cü ildə Şuşada anadan olmuşdur. Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. Şeirlər yazmış, özünün açdığı mətbəədə kitablar nəşr etmiş, məktəblərdə dərs demiş, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazmış, “Məclisi-fəramuşan” adlı ədəbi, “Məclisi-xanəndə” adlı musiqi məclisləri qurmuşdur. Şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları həmin məclislərin üzvləri idilər. Bir rəssam kimi Nəvvabın yaradıcılığının əsasını öz evinin divarlarında çəkdiyi müxtəlif ornament kompozisiyaları təşkil edir. Nəvvab, sözün əsl mənasında, kitab sənətinin universal ustası idi. O, əsərlərini öz dəsti-xətti ilə yazar, özünün kiçik karxanasında daşbasma üsulu (litoqrafiya) ilə çap edər, cildləyib kitab şəklinə salar, bəzi əsərlərinə isə illüstrasiyalar çəkərdi.

Görkəmli maarifçi, yazıçı, rəssam Mir Möhsün Nəvvabın  öz əsərləri və haqqında olan əsərlərin, dövrü mətbuatda və kitablarda dərc olunan məqalələrin biblioqrafik siyahısını bir araya toplayıb sizlərə təqdim edirik.

 

M.M.Nəvvabın nəsihətləri

Dörd kiçik şeyi böyük sanmaq lazımdır: borc almaq, od, xəstəlik və pis əməl.

Həmişə malı özünə və abrına hasar et, abrını mala hasar etmə.

Borclu olsan vədədən bir neçə gün qabaq onu ödə, ödəyə bilmirsənsə üzrxahlıq eylə.

Əmanəti heç bir üzrə qəbul etmə, çünki əgər tələf olsa, pis ad və xainlikdə məşhur olarsan.

Danışarkən və alver vaxtı bacardıqca and içmə.

Bir neçə cür adamdan uzaqlaş. Ara vuruşduran, ağılsız, zatən alçaq, yalançı, qumarbaz, sərxoş və ümumiyyətlə pis əməllərdən qorxmayıb, onu özünə peşə edənlərdən.

Əziz ömrünü var-dövlət yığmağa sərf etmə, zəhməti sənə qalar, ləzzətini özgə aparar.

Böyüklük özünü rahat edib, baş girləmək deyil, biçarələrin fəryadına yetişməkdir.

Cəhd et halal süd əmmiş bakirə qız al, anasının xasiyyətlərini də unutma.

Üç cür övrətdən uzaq ol. Birincisi dul, ikincisi varlı olub, sənə minnət qoya, üçüncü o qadın ki, səni görəndə ahü-nalə edib, nazik səslə sızıldaya.

Qadın gözəl olmasa da olar. O, xoşüzlü və xoşxasiyyətli olsa, bu böyük səadətdir. Bədxasiyyət, bədrəftar və çirkin övrətin olsa, vay sənin halına, malın, canın və ömrün fənaya gedəcəkdir.

Dünyanın bir neçə çeyinə etibar etmə: böyüklərlə yaxınlıq, göyçəklərin gözəlliyi, qadının vəfası, divanələrin lütfü, sərxoşların bəxşeyişi, ağılsızların inamı, uşaqların xoş səsi, dünya malına uymaq, düşmənlərin hiyləsinə aldanmaq.

Yalan söz deməyə adət etmə, günahlar yalandan başlanır.

Ürəyini eyş-işrətə bağlama, ömrünü vətənin abadlığına sərf et.

 

Mir Mövsüm Nəvvab haqqında fikirlər

Mir Möhsün Nəvvab pedaqoji fəaliyyətlə də məşğul olmuş, xalqının maariflənməsi, gənc nəslin sağlam məfkurəyə malik olması, həyatda düzgün mövqe tutması üçün var qüvvəsi ilə çalışmışdır. (Mehri Məmmədova, filologiya üzrə fəlsəfə doktoru )

Mir Möhsün Nəvvabın yaradıcılığının digər sahələri kimi bədii yaradıcılığı da olduqca rəngarəng və zəngindir. O, klassik şeirin demək olar ki, bütün janrlarında qələmini sınamışdır. (Əli Məmmədbağıroğlu, filologiya üzrə fəlsəfə doktoru) 

Nəvvab 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişəndə artıq Azərbaycanda və onun hüdudlarından qıraqlarda yaxşı tanınırdı. (Paşa Kərimov, filologiya elmləri doktoru )

 

Əsərləri

Kitablar

1905-1906 - cı illərdə erməni-müsəlman davası. - Bakı, “Azərbaycan” nəşriyyatı, 1993. - 128 s.

Divan, məzlumnamə. : Elmi, dini, tibbi qeydlər. - Bakı: Şuşa, 1999. - 192 s. - kiril əlifbası ilə.

Nəsihətnamə. – Bakı: Araz, 2005. - 56 s.

Seçilmiş əsərləri : Poeziya. - Təkrar nəşr, 1999-cu il nəşri əsasında. - Bakı: Şərq-Qərb, 2006. - 216 s.

Təzkireyi - Nəvvab. - Bakı: Azərbaycan SSR EA, 1998. - 560 s. - kiril əlifbası ilə.

 

Kitablarda

Qəzəllər // XIX əsr Azərbaycan ədəbiyyatı (Poeziya). I cilddə. - Bakı: Nurlar, 2009. - C. I. - S. 658-660. 

Qəzəllər ; Mürəbbelər ; Növhə // XIX əsr Azərbaycan şeiri antologiyası. - Bakı: Şərq-Qərb, 2005. - S. 229-235.

 

Haqqında

Kitablarda

Əhmədov H. Mir Möhsün Nəvvabın ana dili məktəbi // XIX əsr Azərbaycan məktəbi. - Bakı: ABU, 2006. – S. 497-501.

Qacar Ç. Azərbaycanın sonuncu orta əsr ensiklopediyaçılarından biri Qarabağlı Mir Möhsün Nəvvab // Azərbaycan qədim və orta əsrlərdə.Görkəmli şəxsiyyətlər. - Bakı: OKA ofset, 2012. – S. 425-428.

Səfərova Z. Mir Möhsün Nəvvab və onun elmi iris // Azərbaycanın musiqi elmi: XII-XX əsrlər. - Bakı: Azərnəşr, 2006. – S. 233-263.

 

Dövri mətbuatda

Abbaslı T. Böyük sənətkarlar yurdu Şuşamızın həm də canlı elm aləmi – Mir Möhsün Nəvvab // Mədəniyyət. – 2016. – 28 sentyabr. – S.13.

Abbaslı T. Müəllimsiz-təlimsiz Alim : dahi sənətkarlar yetirmiş Şuşamızın böyük elm-sənədkarı - Mir Möhsün Nəvvab // Mədəniyyət. - 2017. - 29 sentyabr. - № 76. - S. 12.

Ağaoğlu M. Qaçaq Nəbinin saxlandığı qazamat, Mir Mövsüm Nəvvabın məhv olmuş rəsmləri // 525-ci qəzet. - 2021. - 21 avqust. - № 149. - S. 20-21

Axundova M. Mir Möhsün Nəvvabı xatırlarkən // 525-ci qəzet. – 2022. – 12 fevral. – S.19.

Ədəbi məclislər // Azərbaycan. - 2021. - 27 yanvar. - S.8.

Əlioğlu P. Mir Möhsün Nəvvabın poeziyası // 525-ci qəzet. - 2014. - 2 avqust. - S.19-30.

Əliyev Z. Mir Möhsün Nəvvabın sənət dünyası // Ədəbiyyat qəzeti. – 2016. – 12 mart. – S.29.

Əliyev Z. Mir Möhsün Nəvvabın yaradıcılığında miniatür ənənələri // Mədəniyyət. – 2018. - № 5. – S.68-70.

Əliyeva A. Ensiklopedik zəka sahibi // Mədəniyyət. - 2018. - 21 dekabr. - S.1 ; 6.

Əliyeva İ. Böyük söz sərrafı Mir Möhsün Nəvvab // Azərbaycan. – 2021. – 22 dekabr. – S.15.

Əliyeva Z. Nəvvabın rənglər dünyası // Mədəniyyət. - 2021. - 25 avqust. - S.7.

Fərəcov S. Novator şəxsiyyət, ensiklopedik təfəkkür sahibi // Mədəniyyət. - 2022. - 7 yanvar. - S.6.

Fərəcova Z. Ağamirovlar: [Şuşada yaşamış Ağamirovlar nəsli haqqında] // Azərbaycan. - 2022. - 18 mart. - № 59. - S. 10.

Hüseynov Y. M.M.Nəvvab: “Bu davada fəth, nüsrət və qələbə biz müsəlmanlarla olacaq” // Azərbaycan. – 2015. – 8 mart. – S.10.

Xəlilzadə  F. Sinəsi dağlı diyarın unudulmaz simaları // Azərbaycan. – 2012. – 15 aprel. – S.6.

Xəlilzadə F. Nəvvabın əsəri - Şuşanın tarixi: Mir Möhsün Nəvvabın Qarabağ haqqında yazılan əsərləri // Kaspi. - 2012. - 15-17 sentyabr. - № 384. - S. 19.

Kamal A. Mir Möhsün Nəvvab: İki od arasında // Ədəbiyyat qəzeti. – 2016. – 11 iyun. – S.6.

Qarabağın Şuşa şəhəri və ətrafında baş verən erməni-müsəlman iğtişaşları və ermənilərin məğlub olması // Azərbaycan. - 2015. - 8 mart. - S.10.

Qaraca B. Bizimlə yaşayan tarix // Azərbaycan. – 2014. – 30 sentyabr. – S.11.

Məmmədbağıroğlu Ə. Mir Möhsün Nəvvabın tariximizin qanlı səhifəsinə aid kitabının yeni nəşri // 525-ci qəzet. – 2014. – 6 sentyabr. – S.30.

Mir Möhsün Nəvvab: “Bu, millət davasıdır” // Azərbaycan. -2015. - 6 fevral. - S.8.

Səfərova Z. XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab // 525-ci qəzet.  - 2018. - 25 oktyabr. - S.7.

Şuşanın qədim qəbirüstü abidələri // Azərbaycan. - 2022. - 7 aprel. - № 70. - S. 7

Yeganə C.  Mir Möhsün Nəvvaba həsr olunmuş tədbir // Mədəniyyət. - 2009. - 30 oktyabr. - S. 7.