Klassik irsimizin istedadlı yazıçı və tədqiqatçısı Mehdi Hüseyn - 115

Mehdi Əli oğlu Hüseynov 1909-cu il mart ayının 22-də Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenaristlər kursunu (1938) bitirmiş, Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-1965) olmuşdur.