İstiqlal şairi Əhməd Cavad - 130

Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndində ruhani ailəsində dünyaya gəlmişdir. İlk təhsilini molla məktəbində almış, sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında almış (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirmişdir.   O, 1922 - 1926-cı illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirmişdir. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışır. Göründüyü kimi Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamışdır. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi və səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Əhməd Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Ə.Cavad “Yaşıl qələmlər” adlı cəmiyyətin yaradıcısı və katibi, Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü idi. ADR-ın milli marşlarının əksəriyyətini, eləcə də Respublikamızın dövlət himninin mətnini də o qələmə almışdır. 

Əhməd Cavadın "Qoşma" adlı ilk şeirlər kitabı 1916-cı ildə Bakıda, "Açıq söz" mətbəəsində nəşr olunmuşdur. Əhməd Cavadın 1918–1920-ci illər yaradıcılığı, əsasən azadlıq mövzusuna, Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətlərinə həsr edilib. "Ey əskər", "İngilis", "Bismillah", "Röyasını görmüşdüm", "Qalx", "Şəhidlərə", "Bən kiməm", "Aşiqin dərdi", "Nədən yarandın", "Gəlmə", "Dağlar", "Marş", "Türk ordusuna" adlı şeirlər məhz həmin dövrün məhsuludur. Əhməd Cavadın "Dalğa" adlı ikinci şeirlər kitabı 1919-cu ildə nəşr olunmuşdur. 

1920-ci ilin aprel hadisələrindən sonra Ə.Cavadın hüquqları daim pozulmuş, orijinal yaradıcılığının inkişafına imkan verilməmişdir. Əhməd Cavadın sovet dövründə yazdığı lirik şeirlərdən biri olan "Göy göl" ən çox müzakirələrə və tənqidi fikirlərə səbəb olan əsərlərindən biri olmuşdur. Səkkiz bənddən ibarət olan şeir 1925-ci ildə nəşr olunmuşdur. Məşhur "Göy göl" şeirinə bir qrup həmkarı tərəfindən əksinqilabi şeir damğası vurulur və bununla da şair həbsхanaya salınır.  Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdır. Nəhayət, 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-ə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə hökmü oxunur. Bəzi mənbələrdə isə şairin Sibirdə sürgündə öldüyü qeyd olunur. Ölümündən sonra 1955-ci ildə şairə bəraət verilir. 1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabları çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərləri işıq üzü görür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixində imzaladığı sərəncama əsasən F.Köçərli adına Respublika Uşaq Kitabxanası şairin kitabxananın fondunda mövcud olan əsərlərinin, haqqında yazılan kitabların, dövrü mətbuatda keçən əsrdən günümüzə qədər haqqında çıxan məqalələrin tam mətnli siyahısını hazırlayıb oxuculara təqdim edir.

 

Haqqında deyilən dəyərli fikirlər

 

Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur.  Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.                                                

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

                                                                                                    

Milli qurtuluş hərəkatının, Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini əks etdirən milli şair Əhməd Cavadın 28 May İstiqlal günü münasibətilə hürriyyət pərisinə müraciət etdiyi “Nədən yarandın” parçası son dərəcə lirikdir.

Məmməd Əmin Rəsulzadə,

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, ictimai-siyasi xadim

 

Azərbaycan ədəbiyyatı tarixində I Cahan müharibəsinin salnaməsini, tarixini onun qədər heç bir Azərbaycan şairi olduğu kimi əks etdirə bilməmişdir .

Ə. Cəfəroğlu, Professor

 

"Qoşma" Cavad əfəndi üçün bir eskizidisə, "Dalğa" da onun mütəllimidir.

Əhməd Həmdi Qaraağazadə, İctimai-siyasi xadim, təndiqçi

 

Əhməd Cavad... türk xalqının dərdlərilə dərdlənmiş, sevinclərilə də sevinmişdir.

Hüseyn Baykara, Şair, publisist

 

“İntibah”-deyəndə ilkin xatırlanan Nizami olur. “Məhəbbət” deyiləndə birinci Füzulinin adı çəkilir. “Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür.

Yaşar Qarayev, Professor

 

Yaradıcılığının elə ilk nümunələrindən söz sərrafı olan, ədəbi-elmi fikir adamlarının diqqətini cəlb edən Əhməd Cavad tezliklə istedadlı şair, alovlu vətəndaş, ictimai xadim, xeyirxah və təəssübkeş insan kimi məşhurlaşaraq milyonların qəlbində özünə yer tapmışdır. 

Alxan Bayramoğlu, Filologiya elmləri doktoru

 

Hər bir sənətkarın, hər bir insanın xoşbəxtliyi də, bədbəxtliyi də olur. Cavad ona görə xoşbəxt idi ki, tale ona böyük bir istedad, coşğun bir ilham vermişdi. Ona görə bədbəxt idi ki, şairin həyat və fəaliyyəti çəkişmələr, didişmələlər içində məhv olub gedirdi. 

Əli Saləddin, Filologiya elmləri doktoru

 

Əhməd Cavad bütün bu sarsıntılardan keçmiş, qanı, canı, ruhu ilə itirəcəklərinin-sevgisinin, övladlarının, həyatının-qorxusunu dadmış, ağrısını duymuş, “etiraf şeirləri” ndə belə, həqiqətən yan keçə bilməyən bir şairdir. Həm qalib, həm məğlub şairdir. Onu qalib edən şeirləri idi. 

Nərgiz Cabbarlı, Filologiya üzrə fəlsəfə doktoru

 

Bənzərsiz və təkrar edilməz şair olan Əhməd Cavad istər lirik, istərsə də siyasi şeirlərində coşğun hisləri eyni dərəcədə saxlamağa müvəffəq olurdu. 

Şəlalə Həsənova, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Əhməd Cavad qələmindən çıxan şeir, sənət nümunələri xalqın çox ağrılarını özündə əks etdirir.  

Solmaz Məmmədbəyli, N.Gəncəvi adına ədəbiyyat muzeyinin işçisi

 

Kitabları

Latın qrafikası ilə

Seçilmiş əsərləri : şeirlər, hekayələr. - Bakı : Şərq-Qərb, 2005. - 296 s. 

Seçilmiş əsərləri : poeziya. - Bakı : Çaşıoğlu, 2006. - 232 s. 

El bilir ki, sən mənimsən : şeirlər. - Bakı : Təhsil, 2013. - 72 s. 

Əzilsəm də susmaram! : seçilmiş əsərləri. - Bakı : Kitab klubu, 2017. - 326 s.

Sən olasan gülüstan : seçilmiş əsərləri. - Bakı : Təhsil, 2012. - 192 s. 

 

Kiril əlifbası ilə

Məqalələr, xatirələr : Əhməd Cavadın 100 illik yubileyinə. - Bakı : Elm, 1996. - 148 s.

Sən ağlama, mən ağlaram... : şeirlər, poemalar. - Bakı : Yazıçı, 1991. - 208 s. 

 

Haqqında kitablarda

Kənan A. Azərbaycan himninin müəllifinin faciəsi : Əhməd Cavad // XX əsrdə repressiyaya məruz qalanlar. - Bakı : Azərnəşr, 2011. - S. 7-21.

Nəbiyev B. Ə. Əhməd Cavad. - Bakı : Ozan, 2004. - 128 s. 

Nəzmi Ə. Əhməd Cavad dünyası : poema. - Bakı : Nurlan, 2006. - 160 s.

Rüstəmxanlı S. Yurdun bayrağına : şeir Əhməd Cavada həsr olunur // Seçilmiş əsərləri. - Bakı : "Şərq-Qərb", 2004. - S. 185.

 

Əsərləri dövrü mətbuatda

Can Azərbaycan: şeir // Ədəbiyyat qəzeti. – 1993. – 5 mart. - № 9. – S. 1. 

Dördüncü çərşənbə : şeir // Azərbaycan : qəzet. - 2021. - 16 mart. - № 58. - S. 10. 

Gəldim Gəncəyə ; Aldatma məni ; Ey qələm, hey! və b.: şeirlər // Ulduz. – 1992. - № 5-6. – S. 62-66. 

Gəncədə istiqlal günü // Ədəbiyyat qəzeti. – 2002. - 17 may.

Göygöl // Savalan. – 2017. – 25-30 aprel. - № 17. – S. 2. 

İman sizə // Ədəbiyyat və incəsənət. – 1990. – 3 avqust. -  № 29. – S. 2. 

Karadeniz: “Sevgili turan” mefkuresine birinci yol gösterdin. Üstad Ali Beg Hüseynzade Hazretlerine Takdim // Ədəbiyyat qəzeti. – 2016. – 20 fevral. – S. 3.

Qardaşlıq məhəbbəti ilə // Ədəbiyyat qəzeti. -  1999. - 2 iyul. 

Quk-qulu-qu ; Balalarıma ; Uşaqların əylənməsi üçün : şeirlər // Pioner. – 1989. - № 10. - S. 7. 

Milli marş // Ədəbiyyat qəzeti. - 2018. - 26 may. - № 20. - S. 16. 

Salam türkün bayrağına: şeirlər // Tumurcuq. – 2002. - mart. -  S. 3. 

Şəhidlərə ; Marş ; Elin bayrağı və b.: şeirlər // Azərbaycan. – 1991. - № 5. – S. 3-6. 

Tərcümə üzərində necə çalışıram // Ədəbiyyat qəzeti. – 1993. – 12 fevral. – S. 9. 

Yenə böhran : Məqalə 1919-ci ilin sentyabrında Azərbaycan Cümhuriyyəti hökumətində yaşanan siyasi böhrana həsr edilmişdir // Ədəbiyyat qəzeti. - 2018. - 9 iyun. - № 23. - S. 9. 

 

Haqqında dövrü mətbuatda

Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 aprel 2022-ci il // Ədəbiyyat qəzeti. - 2022. - 23 aprel. - № 14. - S. 1.

Abbaslı T. Əhməd Cavad // Mədəniyyət. – 2017. – 3 may. - № 33. – S. 13. 

Axundzadə Y. Atam gedəndən sonra // Ədəbiyyat qəzeti. – 1993. – 5 mart. - № 9. – S. 2. 

Axundzadə N. Atam Əhməd Cavad // Ədəbiyyat və incəsənət. – 1989. – 2 iyun. – S. 8.

Alxan M. Əhməd Cavad irsinə məhəbbətlə // Ədəbiyyat qəzeti. - 2004. - 23 iyul. – S. 2. 

Anar. İki şairin acı taleyi // Ədəbiyyat qəzeti. – 2016. - 24 dekabr. – № 51-52. – S. 4-5. 

Aytən. Əhməd Cavadın taleyində üç qız qalası // Ulduz.- 1992. - № 5-6. - S. 60-61.

Azadi S. Milli istiqlal şairi : Bu gün cümhuriyyət dövrünün ən parlaq simalarından biri, öz şeirləri ilə xalqı milli azadlığa səsləyən Əhməd Cavadın doğum günü // İki sahil. - 2022. - 5 may. - № 77. - S. 7. 

Baykara H. Haqq bağıran səsiyəm // Respublika. – 1991. – 16 fevral. – S. 4. 

Cabbarlı N. Eyni amal uğrunda oxşar tale yaşayanların ismi : eyni müstəvidə bir araya gələrsə // 525-ci qəzet. - 2022. - 8 iyun. - № 99. - S. 18, 20. 

Cavadova E. Əhməd Cavad yaradıcılığında novruz etüdləri // Bakı. – 1993. – 20 mart.

Cavadlı M. Cinayət cəzasız qalmadı // Xalq qəzeti. - 2022. - 26 fevral. - № 44. - S. 13. 

Cəfərov A. Milli istiqlalın böyük tərənnümçüsü // 525-ci qəzet. - 2022. - 22 iyun. - № 108. - S. 12. 

Cəfərova A. Niyə pərişandı halların, dağlar?! : Əhməd Cavad yaradıcılığında folklor düşüncəsi // İki sahil. - 2022. - 11 may. - № 81. - S. 12. 

Eyvazlı G. Sən ağlama, mən ağlayım gözəlim : Əhməd Cavadın Şükriyyəsi : Azərbaycan qadını silsiləsindən ikinci yazı // Ədəbiyyat qəzeti. - 2019. - 6 iyul. - № 23. - S. 28. 

Əbülhəsənli E. Çırpınırdı Qara dəniz // Azərbaycan. – 1992. – 4 yanvar. 

Əfəndiyev Ə. “Otello” Ə. Cavad tərcüməsində // Azərbaycan. – 30 iyun. 

Əfəndiyev Ə. Əhməd Cavadın son tərcüməsi // Ədəbiyyat qəzeti. – 1993. – 12 fevral. – № 6. - S. 9. 

Əfəndiyev Ə. Şair haqqında monoqrafiya // Ədəbiyyat qəzeti. - 1993. – 4 iyul. - № 22. – S. 6. 

Əfəndiyev Ə. Yubiley hədiyyəsi // Yeni fikir. – 1993. – 11 fevral. – S. 2, 4. 

Əflatunqızı A. Acarıstan Əhməd Cavadın gözü ilə // Ədəbiyyat qəzeti. – 2004. - 13 fevral. 

Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. –  2012. - 10 fevral. - S. 1. 

Əhmədli B. Əhməd Cavadın "Mühacirət şeirləri" və ədəbi tənqid metodoloji aspektləri // Ədəbiyyat qəzeti. - 2022. - 28 may. - № 19. - S. 6-8. 

Əhmədli B. Əhməd Cavad - yeni poetik yolun başlanğıcı // Ədəbiyyat qəzeti. - 2022. - 30 iyul. - № 28. - S. 8-9.

Əhməd Cavadın poeziya çələngi // Ulduz. –1992. - № 5-6. – S. 62-66.

Ələddinqızı N. Repressiyanın qurbanına çevrilən mübariz ruhlu şair : Dövlət Başçısının Sərəncamı ilə istiqlal şairi Əhməd Cavadın 130 illiyi qeyd ediləcək // Səs. - 2022. - 22 aprel. - № 70. - S. 12. 

Əliyeva A. Ölümü öldürən şair // Açıq söz. – 1990. - № 8. – S. 2-6. 

Əliyeva A. Vətən sevgisi // Azərbaycan. – 1990. - № 4. – S. 175-179. 

Əsgərli Ə. Milli istiqlal şairi Əhməd Cavad // Kaspi. – 2017. – 17 iyun. – S.18 

Fərəcov S. İstiqlal mübarizimizin mühacir ədibi // Mədəniyyət : qəzet. - 2022. - 25 may. - № 39. - S. 1, 6. 

Fərzəli Ə. Əhməd Cavad zirvəsi // Azərbaycan gəncləri. – 1991. – 23 may. – S. 3. 

Həsənov R. Əhməd Cavad yanğısı // Azərbaycan müəllimi. –1989. - 24 fevral. - S. 4. 

Həsənov R. Oxunmamış kitab // Pioner. – 1989. - № 10. – S. 6-7. 

Həsənova Ş. Xalq düşməni, yoxsa xalqın şairi? // Bakı. – 1992. - 16 yanvar. 

Xəlilov P. Əhməd Cavad Axundzadə (1892-1937) // Azərbaycan müəllimi. – 1992. – 1 iyul. 

Xəlilzadə F.  Azadlıq aşiqinin ömür yolu // Azərbaycan. – 2011. - 2 iyul. – S. 8. 

Xəlilzadə F. Qara yelin apardığı – Əhməd Cavad // Azərbaycan. – 2007. - 6 may. – S. 8. 

Xəlilzadə F. Haqqın səsi // Azərbaycan. – 2012. – 6 may. – S. 11. 

İlk qurbanlardan biri // Ədəbiyyat qəzeti. – 1993. – 5 mart. - № 9. – S. 2. 

İsmayılova Ş. Şairin ədəbi irsi muzey fondunda // Bakı. – 1993. – 4 noyabr. 

İsayev Ə. İstiqlal şairinin özü və sözü // Azərbaycan. –  2012. - 12 aprel. - S. 6.

Kərimov A. Əziz müəllimi xatırlayarkən // Azərbaycan müəllimi. – 1991. – 15 fevral. 

Qasımbəyli Y. Yaddaşımızın Qara dəniz həsrəti : Əhməd Cavadın "Qara dəniz" şeiri haqqında // Ədəbiyyat qəzeti. - 2019. - 20 iyul. - № 25. - S. 24-25. 

Qasımov R. Milli mənlik və istiqlal duyğularının alovlu tərcümanı : Əhməd Cavad - 130 // 525-ci qəzet. - 2022. - 9 iyun. - № 100. - S. 13. 

Qasımzadə Q. İdeyanın rəmzlərdə ifadə ustalığı // Ədəbiyyat qəzeti. – 1993. – 11 iyun. - № 23. – S. 3.

Qiyas Ə. Anar Axundzadə: 67 ildən sonra Əhməd Cavadın əmanəti bizə çatdı : "Varislər" rubrikasında Əhməd Cavadın nəvəsi Anar Axundzadə ilə söhbət // Ədəbiyyat qəzeti. - 2020. - 17 oktyabr. - № 46. - S. 16-17. 

Qulubəyli S. Əhməd Cavad və türk poeziyası // Elm. – 1993. – 26 mart. - № 7. – S. 1, 2. 

Mehdiyeva H. Şairin ADR dövründəki ictimai fəaliyyəti // Ulduz. – 1992. - № 5-6. – S. 55-58. 

Məmmədli Q. Əhməd Cavadı düşünərkən // Azərbaycan. – 1988. - № 1. – S. 143-145. 

Məmmədbəyli S. Ölməz şair // Bakı. – 1992. - 5 may. 

Muradov K., Şərifov A. Xüsusi arxivdə saxlanılan qovluq // Xalq qəzeti. – 1992. – 7 mart. -  № 48. - S. 3. 

Mürsəloğlu Ə. Duman çəkilir // Yeni fikir. – 1991. - 17 iyul. –  S. 4. 

Mustafayev Ə. Şair ömrünün üç ili // Ədəbiyyat qəzeti. – 1992. - 13 mart. - № 11. -  S. 3, 7. 

Mustafayeva G. Qırx beş illik acı ömrün 23 ayı // Ədəbiyyat qəzeti. –  2007. - 11 may. – S. 3. 

Mustafayeva G. İstiqlal şairi // Ədəbiyyat qəzeti. – 2012. – 18 avqust. - № 31. 

Mustafayeva G. Ana dilimizin və milli ruhun alovlu təəssübkeşi // 525-ci qəzet. - 2022. - 20 aprel. - № 68. - S. 22. 

Nəbiyev B. Cavad sənətkarlığı // Ədəbiyyat qəzeti. – 1993. – 29 yanvar. - № 4. – S. 3. 

Nəbiyev B. Əslində olduğu kimi // Xalq qəzeti. – 1992. - 5 may.  -  № 88.

Nizamiqızı H. Dözümün lal sükutu // Mədəniyyət. – 2016. – 3 avqust. – 2012. – S. 11. 

Nuriyev A. Kiyev qan gölünə çevrildi // Kaspi . –  2013. - 21 fevral. – S. 5.

Rza Z. Üçrəngli bayrağımızın rənglərində, Dövlət Himnimizin sözlərində yaşayan şair // İki sahil. - 2022. - 22 aprel. - № 70. - S. 2. 

Rzalı R. Altunlar yurdudur bu kasıb ölkə // Azərbaycan. – 2002. - 28 may. – S. 8. 

Salamoğlu T. Haqqı özünə, yaradıcılığı xalqa qaytarılan sənətkar // Təhsil problemləri. – 2007. – 1-10 iyun; 2010. – № 31-32. - S.14.

Saləddin Ə. Azadlıq nəğməkarı // Azərbaycan. – 1991. - № 5. – S. 3. 

Saləddin Ə. Sənətkar və zamanın gərdişi // Xalq qəzeti. – 1991. – 16 oktyabr. - № 203.

Saləddin Ə. Bir daha Ə.Cavadın müəllimi haqqında // Xalq qəzeti. - 1992. - 14 mart. – № 53. - S. 5.

Saləddin Ə. Əhməd Cavad müasirlərinin təfsirində // Ulduz. – № 5-6. – S. 29-54.

Saləddin Ə. Əhməd Cavad və “Cəmiyyəti – xeyriyyə” // Vətən səsi. - 1990. - 4 iyul. – S. 3. 

Saləddin Ə. Haqqın səsi batan deyil // Xalq qəzeti. – 1993. - 11 mart. – № 38. – S. 4. 

Saləddin Ə. İstiqlal şairi // Ədəbiyyat qəzeti. – 1992. – 19 iyun. - № 25. – S. 2-8. 

Saləddin Ə. Mədəniyyət və maarif fədaisi // Azərbaycan məktəbi. – 1990. - № 2. – S. 45-52. 

Saləddin Ə. Repressiyanın qurbanı // Ədəbiyyat qəzeti. – 1997. - 6 iyun. - № 23. - S. 2. 

Saləddin Ə. Şairin vətənində // Ədəbiyyat və incəsənət qəzeti. – 1988. – 17 iyun.

Saləddin Ə. Yaşamaq haqqı // Yeni fikir. - 1991. – 24 oktyabr. – S. 7. 

Saləddin Ə. Zamanın çərxi tərsinə dövran edəndə // Azərbaycan. – 1990. - № 12. - S. 158-178. 

Saləddin Ə. Əhməd Cavad – 100: şairin və ailəsinin həbsləri // Ədalət. – 1993. – 11 mart. 

Saləddin Ə. Əhməd Cavad və mədəniyyətimiz // Mədəni-maarif. – 1991. - № 3-4. – S. 18-21. 

Saləddin Ə. Faciə yüklü ömür // Dialoq. – 1991. - № 5. – S. 32-37. 

Saləddin Ə. Taleyin qorxulu nağılı // Azərbaycan. – 1989. - № 10. – S. 105-117. 

Salmanlı R. Cümhuriyyət şairi // Azərbaycan. – 2008. – 4 iyun. – S. 5. 

Salmanlı R. İstiqlal şairi // Azərbaycan. – 2012. – 6 may. – S. 11. 

Salmanlı R. Üç dost // Azərbaycan. – 2018. - 9 yanvar. – № 4. - S. 5.

Salmanlı R. Əhməd Cavad - 130 : Vətən sevdalı şair // Azərbaycan : qəzet. - 2022. - 5 may. - № 92. - S. 15. 

Sərxanlı S. Gedən bulud, getmə dinlə... // Yeni fikir. – 1991. – 6 fevral. – S. 4.

Şərifli B. Gecə yarısı döyülən qapılar // Azərbaycan. –  2015. - 15 sentyabr. – S. 7. 

Şükürov S. Məzarsızın iki şeiri: axtarışlar, tapıntılar // Xalq qəzeti. – 1992. – 30 yanvar. - № 21. – S. 4. 

Tahirli A. İstiqlal şairindən xilaskar paşaya hədiyyə // Kaspi. – 2014. – 21 fevral. – № 31. - S. 6. 

Tağıyeva N. Tanıyaq ki, yaşasınlar!. : Əhməd Cavadın əziz xatirəsinə // 525-ci qəzet. - 2019. - 23 noyabr. - № 155. - S. 20.

Vahid T. Şair, ölüm dalğası və azadlıq // Mədəniyyət. – 2012. – 6 iyun. – S. 12. 

Vüsalə. Ə.Cavad poeziyasında bayatı və qoşma // Ulduz. - № 5-6. - S. 58-60.

Yaqublu N. Azərbaycanın İstiqlal şairi Əhməd Cavad // Ədəbiyyat qəzeti. - 2022. - 7 may. - № 16. - S. 16. 

Yıldırım İ. İstanbuldan // Ədəbiyyat qəzeti. – 2016. – 20 fevral. – S. 3. 

Zeynallı C. Şükriyyə... taleyim // Ədəbiyyat qəzeti. – 2017. – 15 iyul. – № 25. - S. 20-21.

Zeynalova T. Əhməd Cavadın həyat və yaradıcılığının tədrisi // Azərbaycan Müəllimi. - 2019. - 15 noyabr. - № 43. - S. 6.