Ədəbiyyatımızın əbədi sərvəti İlyas Əfəndiyev - 110

Altmış ildən çox yaradıcılıq yolu keçmiş görkəmli nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Əfəndiyev istedadlı bir yazıçı kimi Azərbaycan ədəbiyyatında silinməz izlər qoymuş, yazıb-yaratmış, sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları yeni zamanın kontekstində oxuculara təqdim etmişdir.