Ön söz
Kitabxanaçılara təqdim etdiyimiz metodik vəsaitdə əsas məqsədimiz Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan Mikayıl Müşfiqin yaradıcılığı ilə onları daha da dərindən tanış etməkdir.
2007-ci il 16 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev M.Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. (Bax: Əlavə 1) Sərəncamdan sonra bir sıra mədəni maarif ocaqlarında yubiley tədbirləri keçirilmişdir. İl ərzində bütün mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.
Yaxşı olar ki, hər bir kitabxanaçı vəsaitdə verilmiş müxtəlif tədbir formalarından istifadə etməklə nakam şairimiz Mikayıl Müşfiqi öz oxucularına tanıtsın.
Metodik vəsait iki bölmədən ibarətdir:
Metodik vəsaitdən uşaq, məktəb, gimnaziya, lisey, kollec, kütləvi və s. kitabxanaların kitabxanaçıları istifadə edə bilər.