Uşaq və yeniyetmələr üçün internet-təhlükəsizlik və internet-etiket qaydaları
• Valideynlərinizin icazəsi olmadan özünüz haqqında (adın, soyadın, telefon nömrən, ünvanın, məktəbin nömrəsi və s.) şəxsi məlumat verməyin.
• Əgər şəbəkədə sizə təşviş doğuran nəsə deyirlər, göndərirlər və yaxud özünüz bunu aşkar edirsinizsə, o halda bunu təklikdə həll etməyin. Mütləq valideynlərinizə və ya müəlliminizə müraciət edin; Onlar bilirlər ki, nə etmək lazımdır.
• İnternetlə münasibət yaratdıqdan sonra həmin adamla real həyatda görüşmək çox da yaxşı fikir deyil. Lakin Siz görüşmək istəyirsinizsə, bu barədə valideyninizə xəbər verin, qoy onlar sizinlə birlikdə görüşə getsinlər.
• Elektron poçtunuzu, Web-səhifənizi, faylınızı açarkən tanımadığınız insanlardan gələn məktubları açmayın.
• Öz ailənizin üzvlərindən başqa parolunuzu heç kimə deməyin.
• İnternet-təhlükəsizlik qaydalarına əməl edin, bu zaman siz özünüzü şəbəkədə təhlükəsiz və rahat hiss edəcəksiniz.
• Valideynləriniz yanınızda olmadığı vaxtlarda şəbəkədə pul ilə həyata keçə bilən əməliyyatlar etməyin.
• Elektron yazışmalarda həmişə nəzakətli olmağa çalışın, sizinlə məktublaşan da nəzakətli olacaq.
• Elektron məktub yazarkən mətni YUXARI REGİSTR-də yığma, bu şəbəkədə səs yaradar və həmsöhbətini məyus edə bilər.
• Yazışdığın adamla əvvəlcədən razılaşmadan böyük həcmli informasiyanı (şəkillər, fotolar və s.) göndərmə.
• Tanımadığın adamlara hər hansı informasiyanı göndərmə, əks halda bu, şəbəkə istifadəçiləri tərəfindən Virus-“Spam” kimi onları narahat etmiş olar.
• Şəbəkədə başqasının səninlə necə rəftar etməyini istəyirsinsə, özün də başqaları ilə elə rəftar et!