Mir Cəlalin həyat və yaradiciliğinin əsas tarixləri


1908 Mir Cəlal Əli oğlu Paşayev aprel ayının 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur.
1924 Gəncə Darülmüəlliminə daxil olmuşdur.
1926-1927 Gəncə Darülmüəllimində Tələbə Həmkarlar Təşkilatının sədri işləmişdir.
1928 Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik məktəbində direktor vəzifəsində çalışmışdır.
1929-1930 1929-1930 1№-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir.
1930 Qazan Pedoqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur.
1932 Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur. “Kommunist”, “Gənc İşçi” qəzetlərində işləmiş, “Sağlam yollarda” adlı ilk kitabı çapdan çıxmışdır.
1933 SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin İctimai elmlər bölməsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1934 Aspiranturanı bitirmişdir. Nizami adına Ədəbiyyat İnstitutunun yaradılmasında yaxından iştirak etmiş və “XX əsr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ümumittifaq Sovet yazıçıları briqadasının tərkibində Ağ dəniz Baltik kanalında yaradıcılıq ezamiyyətində olmuşdur.
1936-1941 APİ-də və ADU-da müəllimlik etmişdir.
1940 “Füzulinin poetik xüsusiyyətləri” adlı əsərini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır, Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyatı dekadasının iştirakçısı olmuşdur.
1944 Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil olmuşdur. SSRİ Elmlər Akademiyasının 220 illiyi ilə əlaqədar olaraq “Əmək igidliyinə görə” və “Qafqazın müdafiəsinə görə” medalları ilə təltif edilmişdir.
1944-1960 SSRİ EA Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunun Sovet Ədəbiyyatı şöbəsinin müdiri və ADU-nun Azərbaycan Ədəbiyyatı kafedrasında dosent vəzifəsində işləmişdir.
1946 “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə” medalı ilə təltif edilmişdir.
1947 “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
1948 Azərbaycan Dövlət Universitetində professor vəzifəsinə seçilmişdir.
1950 Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.
1954 SSRİ Yazıçılarının II qurultayında nümayəndə kimi iştirak etmişdir. “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
1958 Anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq “Şərəf nişanı” ordeni və “Qabaqcıl maarif xadimi” nişanı ilə təltif edilmişdir.
1959 SSRİ Yazıçılarının III qurultayında nümayəndə kimi iştirak etmişdir. Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.
1960 “Əmək igidliyinə görə” medalı ilə təltif edilmişdir. Bir qrup sovet alimi ilə birlikdə Fransa səfərində olmuşdur.
1967 “Qırmızı Əmək bayrağı ordeni ilə təltif olunmuşdur. SSRİ Yazıçılarının IV qurultayında iştirak etmişdir.
1968 “Bir gəncin manifesti” əsəri Respublika mükafatına layiq görülmüşdür.
1969 Azərbaycanın “Əməkdar elm xadimi adına layiq görülmüşdür.
1978 “Oktyabr İnqilabı” ordeni ilə təltif edilmişdir. 28 sentyabr 1978-ci ildə vəfat etmişdir.


Əlavələr:
Mir Cəlalın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı »

<< “Görkəmli nasir - Mir Cəlal”
<< Bütün metodik vəsaitlər