2008-ci ilin aprel ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük ədib və qüdrətli ədəbiyyatşünas Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi tamam olur.
XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev eyni zamanda görkəmli tədqiqatçı alim olmuşdur.
Azərbaycan ədəbiyyatın inkişafında misilsiz xidmətləri olan Mir Cəlal Paşayevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərabycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Yazıçılar birliyinin təklifləri müvafiq şəkildə nəzərə alınmaqla yazıçı Mir Cəlal Paşayevin xarici ölkələrdə və YUNESKO miqyasında 100 illik yubileylərinin təşkili ilə bağlı tədbirlər planlarını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2008-ci il