"Cultural colors of the world

Beynəlxalq Biomüxtəliflik gününə həsr olunmuşdur.

Layihənin məqsədi: Uşaqları dünya xalqları mədəniyyəti, adət və ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlarda tolerantlıq hissləri aşılamaqla istedadlı uşaqları üzə çıxarmaq, sağlam gələcəyimiz naminə ekologiyamızı qorumaqla uşaqları maarifləndirməkdir. 

Tərəfdaşlar: Respublika Təhsil Nazirliyi və Bakı şəhəri Təhsil İdarəsinin tabeliyində olan Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzləri.

İştirakçı qonaqlar: 12 dövlətin diplomatik korpuslarının nümayəndələri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin, Ombusdman nümayəndəliyi, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, uşaq yazarları, məktəblilər.

Layihənin keçirildiyi məkan: Beynəlxalq Muğam Mərkəzi.

Layihənin keçirildiyi tarix: 22 may 2014-cü il.

https://clb.az/arxiv2021/html/news221.shtml