Ünvanımız: Bakı, S.Vurğun küçəsi 88.
childlibbaku@yahoo.com
Kitabxanadan istifadə etmək istəyən istifadəçilər şəxsiyyət vəsiqəsi(valideynin) və doğum haqqında şəhadətnamə təqdim etməlidir.

Kitabxanadan istifadə qaydaları:

Respublika Uşaq Kitabxanasından bütün uşaqlar, valideynlər, metodistlər, uşaq mütailəsi ilə məşğul olan hər bir şəxs istifadə edə bilər.
Kitabxanaya uşaqların yazılışı valideynlərinin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi ilə həyata keçir. Kitabxanaçı ilk dəfə kitabxanaya yazılan oxucunu kitabxana qaydaları ilə məlumatlandırır.

Abonement şöbəsindən yalnız kitabxana ərazisinə yaxın yaşayan uşaqlara evə oxumaq üçün 10 gün müddətinə kitab verilir.10 gün müddətində oxunmuş kitablar yenidən kitabxanaya gətirilərək vaxtı uzadıla və ya yenisi ilə əvəz oluna bilər.10 gün müddətindən gec olaraq qaytarılan kitabları təqdim edən oxucu 1-ci dəfə xəbərdarlıq alır, sonra isə iki ay müddətinə kitabxanadan istifadə hüququnu itirir.

Oxu zalından bütün oxucular istifadə edə bilər. İstədikləri hər bir materialın foto-surətini pullu xidmət ilə əldə edə bilərlər. Oxucular tərəfindən itirilmiş, yararsız hala salınmış kitablar dəyərinin 10 qatı müqabilində cərimə olunur. Həmin kitablar mövzu baxımından ( elmi, bədii və s.) uyğun olmaqla alınıb kitabxanaya verilir.






Kitabxana Haqqinda