WEB ИРБИС 64 Məlumat IRBIS64 - Kitabxananın Avtomatlaşdırılması Sistemi Rusiya Dövlət Ümumi Elmi-Texniki Kitabxanasının mütəxəssisləri tərəfindən işlənib hazırlanmışdır və indiyədək müxtəlif versiyaları dünyanın 14 ölkəsindəki 1000-dən artıq kitabxanada tətbiq edilmişdir. Bu Avtomatlaşdırma Sistemi (AS) İnformasiya və kommunikasiya texnologiyaları sahəsində bütün beynəlxalq tələblərə və müasir kitabxana biblioqrafiya standartlarına və formatlarına cavab verir Əsas xarakteristikası: Bütün tip lokal şəbəkələrdə işləyir;. Korporativ kitabxana sistemlərinə və texnologiyalarına inteqrasiya edilə bilir;. WEB-texnologiyası və Z39.50 protokolu ilə uzlaşır; UNIMARC, USMARC, MARC21 və RUSMARC formatlarına tam uyğunlaşır. IRBIS64 - Kitabxananın Avtomatlaşdırılması Sistemində “Komplektləşdirici”, “Kataloqlaşdırıcı”, “Oxucu”, “Kitabverilişi” və “İnzibatçı” Avtomatlaşdırılmış iş yeri fəaliyyət göstərir. Bundan əlavə “IRBIS64 - Tammətnli verilənlər bazası”nın “İnzibatçı” və “Oxucu” Avtomatlaşdırılmış iş yerləri də fəaliyyət göstərir. .