6 mart 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” təşkil olunub. Layihə çərçivəsində yazıçı Gülzar İbrahimova ilə 88 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdlərinin görüşü baş tutub.
Görüş zamanı uşaqlar üçün maraqlı və interaktiv nağıl saatı təşkil edilib. Yazıçı Gülzar İbrahimova şagirdlərlə səmimi söhbət apararaq onlara müxtəlif nağıllar oxuyub, balaca oxucuların suallarını cavablandırıb və mütaliənin əhəmiyyətindən danışıb. Tədbir iştirakçıları yazıçı ilə canlı ünsiyyət qurmaq, öz fikirlərini bölüşmək və yeni nağıllarla tanış olmaq imkanı əldə ediblər. Daha sonra şagirdlər kitabxana ilə yaxından tanış olub, fonda daxil olan yeni uşaq nəşrlərinə baxış keçiriblər. Tədbirin sonunda sual- cavabda fəal iştirak edən uşaqlara “Sehrli dünya” jurnalının diplomu hədiyyə edilib.
Görüşün əsas məqsədi uşaqların mütaliəyə marağını artırmaq, onları kitabxana mühitinə daha yaxından cəlb etmək və yazıçı ilə oxucular arasında canlı ünsiyyət üçün şərait yaratmaqdır.