Qarayev, Qara. "Don Kixot" simfonik qravüllər: İki fortepiano üçün köçürmə : Q. Qarayev ; lay. rəh. K. Tahirov ; tərt. ed M. İbrahimov ; red. S. Fərəcov ; nəş. red. X. Abbasova ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2023. - 56 s.
Qara Qarayev bəstəkar olmaqla bərabər, həm də zəngin dünyagörüşünə, ensiklopedik biliyə, fəlsəfi ümumiləşdirmələrə, geniş erudisiyaya, iti zəkaya malik alim, mütəfəkkir idi. O, 1946-1982-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində məhsuldar pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bu dövr ərzində Q. Qarayevin yetişdirdiyi tələbələri yüksək professionallığı və individuallığı, xüsusi, özlərinəməxsus dəst-xətti ilə seçilirlər.İki fortepiano üçün köçürmələr olan bu kitabda Qara Qarayevin “Don Kixot” simfonik qravürlərinin notları verilmişdir.