• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • Xəbərlər
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Bakı Ekspo Mərkəzində “Azərbaycan və Özbək nağılları” kitabının təqdimatı keçirilib
    25-10-2026 19:15:00

    25 oktyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində keçirilən kitab sərgisi çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan dilinə tərcümə olunmuş “Özbək nağılları” və özbək dilinə tərcümə olunmuş “Azərbaycan Nağılları”kitablarının təqdimat mərasimi keçirilib.

    Kitablar Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə layihəsi əsasında çap edilmişdir. Hər iki kitabda nağıllar əsasında çəkilmiş şəkillər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təsviri sənət və dizayn“ dərnəyinin üzvlərinə və özbək məktəblilərinə aiddir.

    Təqdimat mərasimində Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, f.ü.f.d, dosent İlhamə Ağazadə, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, yazıçı Zahid Xəlil, Solmaz Amanova, Sevinc Nuruqızı və naşir Tural Axundov, uşaq yazarları,məktəblilər və oxucu kütləsi iştirak ediblər.

    Təqdimat 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin üzvlərinin ifasında kompozisiya və rəqslərlə başlayıb. Bədii hissə kitabın məzmununun uşaqlar tərəfindən daha yaxından mənimsənilməsinə, onların səhnə bacarıqlarının nümayişinə və mütaliə ilə yaradıcılıq arasında əlaqənin qurulmasına şərait yaradıb. Şagirdlərin hazırladıqları səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Şagirdlərin obrazlı çıxışları, səhnə təqdimatları və nağılların məzmununu yaradıcı şəkildə canlandırmaları tədbirə xüsusi rəng qatıb. Kiçik iştirakçılar nağılların qəhrəmanlarını canlandırmaqla əsərlərdə əks olunan xeyirxahlıq, dostluq, cəsarət, ədalət və qarşılıqlı hörmət kimi dəyərləri tamaşaçılara çatdırıblar.

    Bədii hissə yekunlaşdıqdan sonra Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaqları salamlayaraq “Özbək nağılları” kitabının nəşrinin əhəmiyyətindən danışıb. O, Azərbaycan və Özbəkistan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin ədəbi-mədəni sahədə də uğurla davam etdirildiyini vurğulayıb. Direktor qeyd edib ki, xalqların folklor irsinin qarşılıqlı şəkildə tərcümə və nəşr olunması uşaqların dünyagörüşünün zənginləşməsinə, fərqli mədəniyyətləri tanımasına və ortaq mənəvi dəyərləri daha dərindən mənimsəməsinə mühüm töhfə verdiyini həmçinin, bu kimi layihələrin uşaqların kitaba və mütaliəyə marağının artırılması baxımından da xüsusi əhəmiyyət daşıdığını bildirib.

    Tədbirdə çıxış edən qonaqlar “Azərbaycan və Özbək nağıl” kitablarının uşaqların mütaliəyə marağının artırılmasının, onların keyfiyyətli ədəbiyyatla təmin olunmasının və kitabxana, təhsil müəssisələri, yazıçılar və nəşriyyatlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu cür nəşrlər və mədəni mübadilə layihələri zəngin folklor irsinin gələcək nəsillərə ötürülməsinə, uşaqların ədəbi dünyasının zənginləşməsinə və xalqlar arasında mədəni əlaqələrin daha da inkişafına xidmət edir.

    Respublika Uşaq Kitabxanası ilə Özbəkistan arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən nəşr və mədəni mübadilə layihələri xalqların zəngin folklor irsinin qarşılıqlı tanıdılmasına, uşaqların dünya ədəbiyyatına marağının artırılmasına və ortaq mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

    Qeyd olunub ki, bu cür layihələr kitabxanaların, təhsil və mədəniyyət müəssisələrinin, yazıçıların və nəşriyyatların birgə fəaliyyətinin əhəmiyyətini nümayiş etdirir. Eyni zamanda, uşaqların mütaliəyə həvəsləndirilməsi, onların milli və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsi, eləcə də müxtəlif xalqların ədəbiyyatına marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. 

    Tədbirin əsas məqsədi Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi, uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliği, eləcə də müxtəlif xalqların folklor nümunələrinin gənc nəslə tanıdılması olub.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • Xəbərlər
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft