Aleksiyeviç, Svetlana. Sonuncu şahidlər : uşaqların dilindən böyüklər üçün hekayələr / S. Aleksiyeviç ; rus dil. tərc.ed. K. Haqverdiyeva. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2016. - 316 s.
"Sonuncu şahidlər"... Müharibə və insan taleyi mövzusundakı əsərləri ilə məşhurlaşan tanınmış Belarus yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç II Dünya müharibəsi cəhənnəmindən keçən 5-12 yaşlı uşaqları belə tanıyır və tanıtdırır. Bu uşaqlar insan əzabları ilə, qanla, ölümlə yoğurulan o məşum tarixi hadisələrin təkcə sonuncu şahidləri yox, həm də ilk qurbanlarıdır. Əsərdə sovet uşaqlarının və qadınlarının ürək dağlayan aqibətindən, onların qan, ölüm, itki, faciə və dəhşət dolu ağır həyatından söhbət açılır. Müəllifin sənədli povest janrındakı bu əsərində hər şey gerçəkdir. Burada heç bir bədii təxəyyül məhsulu yoxdur. Əsərin qəhrəmanları müharibənin bütün dəhşətlərini öz gözləri ilə görmüş, aclıq çəkmiş, ata-anası, nənə-babası, bacı-qardaşı, dostları, qonşuları gözlərinin qabağında güllələnmiş, asılmış, diri-diri yandırılmış azyaşlı uşaqlardır. Müharibə od-alovundan keçən uşaqlar artıq uşaq sayılmır. Onlar müharibənin məsum qurbanlarıdır. Onlar uşaqlığı əlindən alınmış uşaqlardır...