26 fevral 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialında oxucularla Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı - unudulmayan faciə" adlı tədbir keçirilib, kitab sərgisi təşkil olunub.
Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxana əməkdaşları insanlıq tarixinin qanlı səhifəsi olan Xocalı dəhşətindən, dinc əhaliyə qarşı törədilən amansız qətliamdan danışıb.
"Ermənilərin Xocalıda törətdiyi faciə dünyada analoqu olmayan bir faciə kimi tarixin səhifələrinə həkk olunub. Dünyanın heç bir qütbündə insan övladına qarşı bu cür vəhşilik, fəlakət törədilməyib. Haqq yerini tapdı, bu gün Xocalı azaddır. Hazırda orada quruculuq, bərpa işləri aparılır. Xocalı sakinləri öz yurd-yuvalarına geri dönürlər".
Sonra şagirdlər unudulmaz gecəyə həsr olunmuş şeirlər səsləndirib, sərgidəki kitablarla tanış olublar.