Miln, Alan. Vinni Puh / A. Miln ; red. E. Astanbəyli ; tərc.ed., uşaq. üçün işl. E. Başkeçid ; tex. red. R. Nəbiyev ; rəs. S. Vəzirova. - Bakı : Altun Kitab, 2019. - 128 s.
Görkəmli ingilis yazıçısı Alan Aleksandr Miln 1882-ci ildə Londonda dünyaya gəlib. Uşaqlıqda yaxşı təhsil almış, sonra Kembric Universitetini bitirmişdir. Müxtəlif janrlarda əsərlər yazsa da, ona dünya şöhrəti gətirən "Vinni-Puhun nağılları" olmuşdur. Əsərin əsas qəhrəmanları müəllifin oğlu Kristofer Robinlə oyuncaq ayı balası Vinni-Puh, bir də onların oyuncaq dostlarıdır. Bu qəribə oyuncaqlar meşədə yaşayır, canlı varlıqlar kimi həyatın müxtəlif çətin sınaqlarından çıxırlar. Dərin yumorla yazılmış "Vinni-Puhun nağılları" nəinki uşaqlar, hətta böyüklər tərəfindən də maraqla oxunur. Dünyanın əksər dillərinə çevrilmiş bu əsər əsasında saysız-hesabsız cizgi filmləri çəkilib. Miln 1956-cı ildə vəfat etsə də, adı "Vinni-Puhun nağılları" sayəsində əbədi yaşayacaqdır.