9 iyul 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan “OXU,YARAT,QAZAN!”-Yay festivalı çərçivəsində Respublika Uşaq Kitabxanasının 2 saylı filial əməkdaşlarının iştirakı ilə açıq havada “Gəlin birlikdə öyrənək” adlı tədbir təşkil olunub.
Uşaqların asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə kitabxanaçılar intellektual qabiliyyətləri inkişaf etdirən M.İsmayılzadə “Hər günə bir sual”, E.Mative “Bəs səma niyə mavidir?”, K.Çaterton “Uşaqlar üçün heyrətamiz elmi təcrübələr” kitablarının müzakirəsini keçirib. Oxucular yay tətili müddətində oxuduqları kitablar haqqında məlumat verib,kitablardakı faydalı bilgiləri yoldaşları ilə paylaşıblar.
Tədbirdə ,həmçinin, uşaqlarda elmə, biliyə həvəs yaratmaq üçün “7 sual,7cavab” viktorinası keçirilib. Uşaqlar viktorinada fəallıq nümayiş etdirərək həm öz biliklərini yoxlayıb,həm də əyləncəli vaxt keçiriblər.
“Oxu və öyrən” çərçivəsində keçirilən tədbir uşaqların kitablara, mütaliəyə sevgi, özünüifadə bacarıqlarının inkişafına töhfə verib.











