Kristi, Aqata. On üç müəmma / A. Kristi ; ing. dil. tərc.ed. A. Mahmudov. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2021. - 312 s.
Miss Marpl yaşlı kənd qadınıdır. Ərə getməyib, evdar qadındır, bütün günü nəsə toxuyur, bağında çiçəklərə qulluq edir, arabir qonaq gedir, arabir qonaq qəbul edir. Bir çərşənbə axşamı günü miss Marplın qonaqları eşitdikləri, gördükləri, oxuduqları müəmmalı hadisələri birlikdə açmağı təklif edirlər. Beləcə, bir klub yaradırlar, adını da elə "Çərşənbə axşamı" qoyurlar. Kitab bu klubda müzakirə edilən 13 müəmmadan, 13 ayrı hekayədən ibarətdir. Klub üzvləri arasında çox bilikli və savadlı adamlar, hətta Skotland-Yardın keçmiş komissarı da var. Amma bütün hallarda müəmmaları yalnız bu sadə kənd qadını – miss Marpl aça bilir. Kitab maraqlı və əyləncəli mütaliə vəd edir, çünki bu hekayələrin hərəsi bir detektiv romanının cövhəridir. "On üç müəmma" dahi ingilis yazıçısı Aqata Kristinin "Miss Marpl" adlı roman və hekayə toplusu silsiləsinin qaranquşudur. İlk dəfə 1927-ci ildə "The Royal Magazine" jurnalında dərc edilib, sonradan müəllif bu hekayələr toplusunun qəhrəmanı miss Marplı ona böyük şöhrət gətirən bir neçə romanının əsas personajına çevirib.