10 fevral 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasına A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin şagirdlərinin eksursiyası təşkil olunub. Firidun bəy Köçərli haqqında şagirdlərə məlumat verilib, tərtib etdiyi "Balalara hədiyyə” kitabının icmalı təqdim edilib. Məktəblilərə kitabdan “Qarı və pişik”, “Xoruz və Padşah” nağılları əsasında barmaq oyunu tamaşası göstərilib.
Kitabxananın əməkdaşı məktəbliləri müxtəlif dillərdə “3D” formatında kitablarla tanış edib, onlar haqqında ətraflı məlumat verib. Sonra məktəblilər “Balaca ev” adlı Azərbaycan cizgi filminə baxıblar.
Uşaqlar üçün kitabxanaya ekskursiyalar, kitab oxumağa maraq yaratmaq və sosial fəaliyyətlərə cəlb etmək məqsədi daşıyır. Həmçinin kitabxanalar müxtəlif mədəni və yaradıcı fəaliyyətləri dəstəkləyir. Ekskursiya, yeni mövzularda maraq yaratmağa və təhsildə uğur əldə etməyə kömək edir.