Culian, Şarlotta. Süxurlar və torpaq : (ingilis dilindən tərcümə) / Ş. Culian ; tərc.ed. A. Cəfərova ; elmi red. N. Seyfullayeva. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2015. - 32 s.
Bu kitab ilk dəfə 2008-ci ildə Böyük Britaniyanın "Capstone Global Library" nəşriyyatı tərəfindən "Heineman Library" əmtəə nişanı altında "Rocks and Soil" adı ilə nəşr olunub. Torpağın və suxurların bütün xüsusiyyətlərini izah edən kitab "Capstone Library" nəşriyyatının orijinallı əsasında TEAS PressNəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb. Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evinə məxsusdur."Tədqiqat seriyasından olan kitablar geniş sayda kurikulum mövzularına interaktiv, araşdırmaçı və vizual yanaşmalarla elmi tədqiqatlar aparmağa həvəsləndirir. Kitab mühüm mövzulara aid cavab verməklə yanaşı, şagirdlərə elmi üsullardan, məsələn, öncədən təxmin etmə, fərziyyə irəli sürmə və nəticə çıxarma kimi üsullardan istifadə etməyi öyrədir.