• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirildi
    01-06-2025 15:21:00

    1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqlar üçün genişmiqyaslı bayram tədbiri keçirilib. “Dinamo” meydanında baş tutan rəngarəng tədbir uşaqlara unudulmaz anlar yaşadıb.

    Bayramda  təşkil olunan Uşaq İncəsənət Festivalı çərçivəsində istedadlı uşaqların çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Festival ərazisində qurulmuş interaktiv zonalar, əyləncə guşələri, yaradıcı emalatxanalar, əl işləri sərgiləri və qiraət məkanları uşaqların həm əylənməsi, həm də öyrənməsi üçün əlverişli şərait yaradıb.

    Tədbirdə Respublika Uşaq Kitabxanası maraqlı  və maarifləndirici təqdimatlarla fəal iştirak edib. Uşaqlarda kitaba və mütaliəyə maraq yaratmaq  məqsədilə qiraət pavilyonunda təşkil olunan ənənənəvi  kitab sərgisi və qiraət saatları uşaqların marağına səbəb olub. Tədbirin açılışında pavilyonda iştirak edən uşaqlar Azərbaycan Dövlət himnini qürurla canlı ifa ediblər. Açıq havada təşkil edilən bu təşəbbüs uşaqların oxu vərdişlərinin formalaşmasına və ədəbiyyata maraqlarının artmasına xidmət edib. Balaca oxucular sərgilənən nəşrlərlə tanış olaraq, seçdikləri kitabları yerindəcə mütaliə ediblər.

    Tədbir çərçivəsində keçirilən “Türk dünyasının Bəxtiyarı” adlı şeir müsabiqəsinin qalibləri də elan edilib və mükafatlandırılıb. Yüksək yaradıcılıq bacarığı, poetik düşüncəyə və uğurlu komanda işinə görə I-ci yerə 3 nömrəli UGİM-nin  üzvləri Yusif Allahverdiyev və Cəmilə İbrahimli, II-ci yerə 49 nömrəli orta məktəbin 5-ci sinif şagirdi – Xaləddin Səfərli, III-cü yerə isə 187 nömrəli orta məktəbin 10-cu sinif şagirdi Nihat Quliyev layiq görülüblər. 

    Qiraət saatlarında uşaq yazarı Solmaz Amanova şeirləri, interaktiv oyunları, animasiyaları ilə xüsusi fəallıq göstərib.

    Tədbirin əsas məqsədi uşaqların hüquqlarının müdafiəsi və onların hərtərəfli inkişafına dəstək vermək olub.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft