Hacıyev Rauf -100 : Biblioqrafiya

Hacıyev Rauf -100 : Biblioqrafiya = Rauf Hajiyev : Biblography = Рауф Гаджиев : Библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt.ed. L. Şirinova ; elmi red. K. M. Tahirov ; ön söz L. Quliyeva ; red.: G. Əfəndiyeva, E. Nəciyev ; dizayn. M. Əliqızı. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2022. - 240 s.

Azərbaycanın Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi "Rauf Hacıyev" biblioqrafiyası Azərbaycanın görkəmli bəstəkarı və dövlət xadimi, SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyinə həsr edilmişdir. Biblioqrafiyada bəstəkarın əsərləri, not nəşrləri, səsyazmaları, kitabları, həyat və yaradıcılığı haqqında materiallar, habelə dünya milli kitabxanalarında mühafizə olunan nəşrlər öz əksini tapmışdır. Biblioqrafiya sənətşünaslar, tədqiqatçılar, konservatoriya və musiqi məktəbinin tələbələri, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.