6 noyabr 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının əməkdaşları tərəfindən 265 saylı tam orta məktəbdə ibtidai sinif şagirdləri ilə birgə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə həmrəy Azərbaycan” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra məktəbin direktoru şagirdlərə ətraf mühitin və canlılar aləminin qorunmasından, təbiətə qayğı və məhəbbətlə yanaşılmasının vacibliyi haqqında məlumat verilib . Tədbir zamanı ibtidai sinif şagirdlərinin ifasında bədii kompozisiyalar, təbiət mövzusunda şeirlər səsləndirililib. Məktəbin akt zalında kitabxana əməkdaşları tərəfindən sərgi təşkil edilib.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini respublikamızda keçiriləcək dövlət əhəmiyyətli "COP-29" tədbirinə yönəltmək və tədbirin əhəmiyyətini şagirdlərə bu yolla çatdırmaqdır.