Vətən müharibəsi yerli və xarici mediada

Vətən müharibəsi yerli və xarici mediada / Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti ; lay.rəhb. E. Babayev ; tərt.ed.: Ə. Ağamirzəyev [et al.]. - Bakı : Bakı Dövlət Universiteti Nəşriyyatı, 2021. - 86 s.

Kitabda İkinci Qarabağ müharibəsi dövründə ölkə KİV-nin fəaliyyəti, xarici media orqanlarında, eləcə də Ermənistan mətbuatında dərc olunan məqalələr, müsahibələr, reportajlar, analitik yazılar və s. araşdırılmışdır. Beynəlxalq medianın müharibəyə baxışına nəzər salınmış, geniş işıqlandırılmış, fərqli yanaşmalar sistemləşdirilmiş, ümumiləşdirmələr aparılaraq təqdim olunmuşdur. 44 gün ərzində istər Azərbaycan, istərsə də beynəlxalq mətbuatda müharibə ilə bağlı yüzlərlə material dərc olunmuşdur. Təbii ki, bunların hamısını əhatə etmək çətinlik yaratdığından kitabda ümumi mənzərənin təsviri üçün seçmə üsulu ilə yalnız bir neçə mətbuat orqanının fəaliyyətinə diqqət yetirilmişdir. Kitab media işçiləri, sosioloqlar, mətbaut tədqiqatçıları, jurnalistika ixtisası üzrə təhsil alan tələbələr, eləcə də Vətən müharibəsi tarixi ilə maraqlananlar üçün qiymətli mənbə rolunu oyanayacaqdır.