21 avqust 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yay tətilində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün növbəti masterclass keçirilib. Bu dəfəki masterclassda kitabxana əməkdaşları tərəfindən uşaqlara əlfəcin haqqında məlumat verilib. Bildirilib ki, əlfəcin və ya digər adı isə kitab ayrıcı, kitabda istədiyiniz səhifəni qeyd etmək üçün xüsusi bir vasitədir. Mütaliə edərkən hansı səhifədə qaldığımızı xatırlaya bilmək üçün əlfəcinlərdən istifadə edirik. Masterclassda oxuculara əlfəcinlərin düzəldilmə qaydası öyrədilib və uşaqlar maraqla öz zövqlərinə uyğun ayrıclar hazırlayıblar. Masterclassın keçirilməsində əsas məqsəd mütaliəyə dəstək olmaqla uşaq və yeniyetmələrin kitaba olan marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etməkdir.