Əmiraslanov, Tahir İdris oğlu. İrəvan xanlığının bölgə mətbəxi / T. İ. Əmiraslanov, O. Əliyev, A. Əsgərova ; lay. rəhb. Q. Rəhimli ; elmi red., ön söz M. Rəhimova ; rəy. T. Şahbazov. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2020. - 480 s.
Çoxillik tədqiqatların məhsulu olan "Azərbaycanın İrəvan bölgə mətbəxi" kitabı bu gün istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan çox aktual və vacib sayılan bir mövzuya – İrəvan azərbaycanlılarının, bütövlükdə bir vaxtlar indi "Ermənistan" adlanan dövlətin ərazisinin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinin tədqiqinə həsr edilib. Kitabda İrəvan mətbəxinə, ümumən bütün Qərbi Azərbaycan mətbəxinə aid olan və həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini və zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Burada İrəvan bölgəsinin köklü sakinləri olan azərbaycanlıların məişəti, güzəranı, süfrə mədəniyyəti haqda məlumatlar, habelə maddi mədəniyyət nümunələri, o cümlədən təsərrüfat avadanlıqları, əkin-biçin alətləri, böyük çeşiddə mətbəx ləvazimatları, yüzlərlə unikal yemək və içki adları, onların reseptləri təqdim edilib. Tarixi qaynaqlara və etnoqrafik sorğulara əsaslanan, erməni iddialarının əsassızlığını sübuta yetirən bu monoqrafiya Azərbaycanın qədim tarixə malik bölgəsinin maddi-mənəvi mədəniyyətinə dair qiymətli ensiklopedik mənbədir.