4-15 mart tarixlərində Respublika Uşaq Kitabxanasına 98,16 və 284 saylı ümumtəhsil məktəblərinin azərbaycan,rus bölməsinin şagirdləri ekskursiya ediblər. Məktəblilər kitabxana ilə yaxından tanış olduqdan sonra onlara Firidun bəy Köçərlinin həyat və yaradıcılığı həmçinin, Azərbaycanda uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabı haqqında ətraflı məlumat verilib. Məktəbin metodisti şagirdlərə “Balalara hədiyyə” kitabından “Tülkü və Kəklik” nağılını oxuyub.
Daha sonra məktəblilər kiçik oxu zalında yeni kitab və ensiklopediyalarla tanış olublar.
Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin kitab fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır.