Aida İmanquliyeva görkəmli Şərqşünas alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və ilk qadın professordur.
Xalqımızın tarixində ilk azərbaycanlı şərqşünas qadın, elmlər doktoru Aida İmanquliyeva öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edib və özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bugünümüz arasındakı əlaqə bağlarını bərpa etməyə çalışıb.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən Azərbaycan şərqşünaslığının şöhrətli siması Aida İmanquliyevanın 85 illik yubileyi münasibətilə haqqında yazılan kitabların və dərc olunan məqalələrin tammətnli siyahısı (veblioqrafiya) hazırlanaraq virtual oxuculara təqdim edilmişdir. Təqdim olunan veblioqrafiyada, həmçinin Aida İmanquliyevanın həyat-yaradıcılığı haqqında məlumat, görkəmli və ictimai-siyasi xadimlərin onun haqqında dəyərli fikirləri, dövri mətbuatda haqqında yazılan məqalələr və s. yer alıb.
Veblioqrafiya ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.
https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya