May ayı ərzində Respublika Uşaq Kitabxanasında maarifçi, pedaqoq, ədəbiyyatşünas alim, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə 22,164,172, 263, 328, Modern scholl və Məhəmmədli kənd məktəb şagidlərinin görüşü keçirilib.
Kitabxana əməkdaşlarıı məktəbliləri kitabxana ilə yaxından tanış edib, həmçinin yeni kitabxana texnologiyalarının tətbiqi , oxucuların dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində kitabların müstəsna rolundan bəhs edib.Qeyd olunub ki, ədibin "Balalara hədiyyə” kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır. Firidun bəy Köçərli “Balalara hədiyyə” məcmuəsinin məramını belə ifadə etmişdi: “Bu məcmuəni hər kəs oxusa - böyük, ya kiçik - onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındandır.” “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli sərvətlərindəndir. Azərbaycan uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabı uşaqların dünyagörüşünün formalaşmasında, həyat və təbiət haqqında təsəvvürlərin yaradılmasında böyük rol oynayıb. Sonda şagirdlərə Firidun bəy Köçərlinin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim edilib. F.Köçərlinin uşaq folkloru sahəsində olduqca böyük və əvəzolunmaz xidmətləri vardır. Ədibin "Balalara hədiyyə” kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır. “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli sərvətlərindəndir. Azərbaycan uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabı uşaqların dünyagörüşünün formalaşmasında, həyat və təbiət haqqında təsəvvürlərin yaradılmasında böyük rol oynayıb. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətinin və kitaba olan marağı artırmaqdır.