Leonardo da Vinçi

Ayzekson, Valter . Leonardo da Vinçi / V. Ayzekson ; tərc.ed.: E. Başkeçid, M. Muradlı ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. S. Vəzirova. - Bakı : Altun Kitab, 2021. - 160 s.

Bəşəriyyət tarixinin yetişdirdiyi nəhəng şəxsiyyətlərdən biri olan Leonardo da Vinçi yalnız böyük rəssam və heykəltəraş deyildi. O, eyni zamanda ensiklopedik biliyə malik alim, musiqiçi, memar və yazıçı idi. Maraq dairəsi hədsiz geniş olan Leonardo riyaziyyatdan tutmuş tibbəcən elmin ən müxtəlif sahələrinə baş vurmuş, bir çox mühüm ixtiralara imza atmışdır. Həyatı qeyri-adi hadisələrlə zəngin olan, özünəməxsus xarakteri ilə seçilən Leonardo da Vinçinin şəxsiyyəti və yaradıcılığı daim araşdırıcıların tədqiqat mövzusudur. Amerikalı məşhur bioqraf Valter Ayzeksonun bu kitabı indiyədək onun haqqında yazılmış əsərlər arasında xüsusi fərqlənir. Da Vinçi ilə bağlı bir-birindən maraqlı faktlarla zəngin olan, heyrətamiz məlumatların yer aldığı kitab sizi bu nəhəng şəxsiyyətlə yaxından tanış edəcək.