F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən “Beynəlxalq Sirk Günü” münasibəti ilə hazırlanan metodik vəsait virtual rejimdə istifadəçilər üçün təqdim edilib.
Sirk - bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növüdür.
Sirkin yaranmasının qədim tarixi vardır. Azərbaycanda milli sirk sənətinin tarixi çox qədimdir. Hələ qədim zamanlardan "Kovkan", "Zorxana" kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika, cigitlər və digər janrlarının elementləri mövcud olmuşdur.
Vəsaitin əvvəlində milli sirk sənətinin yaranma tarixi, Azərbaycanda və xarici ölkələrdəki sirk sənəti haqqında fikirlər, Şərq ölkələrində sirk tetarları tikilməsi haqqında fikirlər yer alıb. II hissə də isə metodik köməklik məqsədilə “Beynəlxalq Sirk Günü” ilə bağlı keçiriləcək tədbirlərin planı verilmişdir.
Təqdim edilən vəsait geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.