Dac, Elizabet. Gümüş konkilər / E. Dac ; tərc.ed. F. Oqtay ; red. İ. Quliyev ; rəy. V. Adilov ; rəs. R. Zeynalov. - Bakı : Libra kitab, 2019. - 136 s.
Hans və Qratel Hollandiyada yaşayan kasıb ailənin uşaqlardır. Valideynlərinin konki almağa belə pulları olmadığına görə Hansın düzəltdiyi taxta konki ilə sürüşürlər. Bacı-qardaş bir gün öyrənir ki, yaxında konki yarışı olacaq. Qalibə də mükafat kimi bir cüt gümüş konki verəcəklər. Artıq Hans və Qratelin tək məqsədi var: yarışda qalib gəlmək. Əslində, Hans və Qratelin ailəsi əvvəllər imkanlı olub. Atasının qəza keçirməsi və yaddaşını itirməsi hər şeyi dəyişdirib. Cənab Brinker qəzadan sonra heç nəyi xatırlamır. Hətta uşaqlarının gələcəyi üçün yığıb gizlətdiyi pulların yerini belə... Amma bir hadisə hər şeyi dəyişir. Həyəcan dolu süjeti ilə əsər sizi bir an belə sıxılmağa qoymayacaq...