16 noyabr tarixdə Respublika Uşaq Kitabxanasının 2 saylı filialında Suraxanı rayonu Mehdi Mehdiyev adına 280 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri ilə birgə “Milli Dirçəliş Günü”münasibətilə “Azərbaycanın igid oğulları” adlı sual-cavab saatı keçirilib. Tədbir Azərbaycan şerinin səslənməsi və qəhrəman el oğullarımızın, şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 280 saylı məktəbin müəlliməsi Cəfərova Könül tədbir iştirakçılarına “Milli Dirçəliş Günü” haqqında ətraflı məlumat verib.
Rəsmi hissədən sonra əməkdaşlarımız tərəfindən tərtib olunmuş “Milli Dirçəliş Günü”,“Vətən“müharibəsinin başlama səbəbləri, rayonların işğaldan azad olunması, milli qəhrəmanlar haqqında suallar şagirdlərə ünvanlandı . N.Sevər, S.Dilşad, H.Hüseyn, S.Ayxan verilən suallara tez və düzgün cavab verdilər. Tədbirdə fəal iştirakına görə şagirdlərə təşəkkür elan olundu. Şagirdlərdən F.Selcan, A.Arzu, H.Tunar Azərbaycana, Vətənə dair şeir parçaları səsləndirdilər.
Tədbirin sonunda tədbir iştirakçıları “Yaşasın qüdrətli Azərbaycan ordusu “adlı kitab sərgisi ilə də tanış oldular, müəllim və şagirdlərlə xatirə şəkilləri çəkilib.