F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən azərbaycanlı şair, tərcüməçi Nigar Rəfibəylinin 110 illik yubileyi münasibətilə ”Azərbaycan ədəbiyyatında öz səsi, öz sözü olan şairə Nigar Rəfibəyli”– adlı metodik vəsait virtual rejimdə istifadəçilər üçün təqdim edilmişdir.
Metodik vəsaitin əvvəlində görkəmli şəxslərin Nigar Rəfibəyli haqqında fikirləri yer almışdır. Metodik vəsaitin I hissəsində Nigar Rəfibəylinin həyat yolu həmçinin təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları haqqında məlumat verilib. II hissə də isə metodik köməklik məqsədilə Nigar Rəfibəylinin yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı verilmişdir.
Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulmuşdur. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.
Metodik vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: